6 Aug 2026, 11:05 UTC52 views5 reactionsread 6 August 2026 Sual (440): Duamın qəbul olması üçün nə edə bilərəm?
Cavab (440): Duanın qəbul olunmasının əsas şərtlərindən biri insanın yeməyinin, içməyinin və geyiminin halal olmasıdır. Həmçinin dua tam yəqinliklə və qəbul olunması gözlənilən xüsusi vaxtlarda edilməlidir. Məsələn, səhər çağı və azanla iqamə arasında dua etmək tövsiyə olunur.
Əllamə Şeyx Nidal əl-Hənəfi
🔥2❤1❤🔥1👍1
6 Aug 2026, 11:05 UTC51 views5 reactionsread 6 August 2026 Sual (439): Mən elm tələbəsiyəm. Fiqhdə Hənəfi olduğum halda, əqidədə Əşəri ola bilərəmmi?
Cavab (439): Ən üstün olan - həm fiqhdə, həm də əqidədə öz imamına müvafiq olmağındır.
Əllamə Şeyx Nidal əl-Hənəfi
Qeyd: Şeyx "İmam" dedikdə İmam Əbu Hənifəni nəzərdə tutur ki, bu da, öz növbəsində, əqidədə Maturidilik yolunu mənimsəmək anlamına gəlir.
❤3❤🔥1🔥1
6 Aug 2026, 10:54 UTC52 views4 reactionsread 6 August 2026 Sual (438): Qurani-Kərimi öpmək icazəlidirmi?
Cavab (438): Bəli, icazəlidir.
Əllamə Şeyx Nidal əl-Hənəfi
❤2❤🔥1🔥1
6 Aug 2026, 10:51 UTC47 views5 reactionsread 6 August 2026 Sual (437): Alimin əlini öpərkən əyilmək günahdırmı?
Cavab (437): Əgər əyilmək rüku həddinə çatmırsa, bunda bir qəbahət yoxdur. Lakin daha əfzəl olanı imkan daxilində əyilməkdən çəkinməkdir.
Əllamə Şeyx Nidal əl-Hənəfi
❤2❤🔥2🔥1
6 Aug 2026, 10:51 UTC44 views4 reactionsread 6 August 2026 Sual (436): Əməlisaleh alimin və ya mömin bir şəxsin əlini öpməyin şəri hökmü nədir?
Cavab (436): Bunu etmək müstəhəbdir.
Əllamə Şeyx Nidal əl-Hənəfi
❤1❤🔥1💔1🔥1
6 Aug 2026, 10:44 UTC43 views4 reactionsread 6 August 2026 Sual (435): Qardaşın bacısını, oğlun anasını və atanın öz qızını yanağından öpməsi icazəlidirmi?
Cavab (435): Yanağından deyil, başından öpməlidir.
Əllamə Şeyx Nidal əl-Hənəfi
❤2❤🔥1🔥1
6 Aug 2026, 10:43 UTC42 views5 reactionsread 6 August 2026 Sual (434): Məscidə avtomobillə getmək daha savablıdır, yoxsa piyada getmək?
Cavab (434): Əməl nə qədər məşəqqətlidirsə, əcr də bir o qədər çoxdur. Piyada getmək isə daha məşəqqətlidir.
Əllamə Şeyx Nidal əl-Hənəfi
❤🔥2❤1👍1🔥1
6 Aug 2026, 10:43 UTC40 views4 reactionsread 6 August 2026 Sual (433): Ətrafımızda baş verən bir hadisə bizi bərk təəccübləndirdi. Lakin bir müsəlman olaraq şəriətin hökmlərinə tabe olmağı mənəvi borcumuz bildiyimiz üçün bu məsələnin dini tərəfini öyrənmək istəyirik. Sualımız belədir: Əvvəlki nikahından oğlu olan bir kişi, başqa nikahdan qızı olan bir qadınla evlənir. Daha sonra bu kişinin oğlu ilə həmin qadının qızı öz aralarında ailə qururlar. Həmin nikah şəriət baxımında…
❤1❤🔥1👍1🔥1
6 Aug 2026, 10:27 UTC45 views6 reactionsread 6 August 2026 Sual (432): Qadının yalnız qadınlar üçün nəzərdə tutulmuş idman zalına getməsinin şəri hökmü nədir? Lakin belə məkanlarda müşahidə kameraları da olur. Bəzi alimlər şəriətə uyğun örtünməyə diqqət yetirmək şərtilə buna icazə fətvası verirlər. Sizin bu məsələyə rəyiniz nədir?
Cavab (432): Qadının məscidə camaat və cümə namazlarına getməsi qadağan olduğu bir halda, bu kimi məkanlara getməsinə necə icazə verilə bilər?!
…
❤4❤🔥1🔥1
6 Aug 2026, 10:23 UTC45 views5 reactionsread 6 August 2026 Sual (431): Gənclərin bədən quruluşunu formalaşdırmaq məqsədilə idmanla məşğul olmaları icazəlidirmi?
Cavab (431): Əgər bu fəaliyyət övrət yerlərini örtmək şərtilə, sırf qüvvə və sağlamlıq qazanmaq niyyətilə edilirsə və orqanizmə hər hansı bir zərəri yoxdursa, icazəlidir. Eynilə, məşq edilən zalda da heç kəs övrət yerini açmamalı və məkanda musiqi olmamalıdır.
Əllamə Şeyx Nidal əl-Hənəfi
❤2❤🔥2🔥1
6 Aug 2026, 10:00 UTC56 views7 reactionsread 6 August 2026 Sual (430): İki ildir ki, evliyəm, lakin Allah Təala hələ mənə saleh övlad nəsib etməyib. Məni bəzi vəsvəsələr narahat edir və sanki qulağıma belə bir səs gəlir: "Özünü yorma, Allah sənə övlad verməyəcək, çünki sən sonsuzsan." Bunun həlli nədir?
Cavab (430): Bu, şeytanın vəsvəsələrindəndir, ona görə də buna fikir vermə. İstiğfarı çoxalt. Allah Təala Nuh (əleyhissəlam) haqqında xəbər verərək belə buyurur: "Və dedim…
❤4❤🔥1👍1🔥1
6 Aug 2026, 09:46 UTC56 views9 reactionsread 6 August 2026 Sual (429): Bəzi toy məclislərində övrət yerlərinin açılması, qarışıq rəqs və musiqi olur, lakin məclis Quran qiraəti ilə başlasın deyə Quran hafizlərini gətirirlər. Ardınca gələnləri nəzərə almasaq, belə bir məqamda Quran oxumaq yaxşı əməldirmi?
Cavab (429): Hafizlərdən heç birinin günah məkanına daxil olması yolverilməzdir.
Əllamə Şeyx Nidal əl-Hənəfi
❤7❤🔥1🔥1
Showing the 12 most recent of 20 posts we hold for @allamenidal. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.