24 Aug 2026, 11:12 UTC102 views1 reactionsread 26 August 2026 Photo
“Anthropic” və "Netflix" Azərbaycanda vergi uçotuna alınıb
Azərbaycanda elektron xidmət göstərən 4 beynəlxalq şirkət vergi uçotuna alınıb. Onların arasında Anthropic, Aghanim, eBay Marketplaces və Netflix International yer alır. Yeni qaydalara əsasən, ölkədə illik dövriyyəsi 10 min ABŞ dollarını keçən qeyri-rezident rəqəmsal xidmət platformaları 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalıdır. Şirkətlərin …
👍1
24 Aug 2026, 06:57 UTC110 views1 reactionsread 26 August 2026 Photo
AZƏRBAYCANDA KRİPTOVALYUTA İLK DƏFƏ DÖVLƏT NƏFİNƏ MÜSADİRƏ EDİLDİ
Azərbaycanda cinayət işi üzrə ilk dəfə kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsi həyata keçirilib. Yasamal Rayon Məhkəməsinin hökmü ilə qanunsuz pul köçürmələrinin təşkilində təqsirli bilinən iki şəxs azadlığın məhdudlaşdırılması və ümumilikdə 35 milyon manatdan çox cəriməyə məhkum edilib. Belə ki, B.H.R. 2 il 5 ay müddətinə azadlığın məhdudlaş…
👎1
21 Aug 2026, 12:12 UTC137 viewsread 26 August 2026 Photo
NECƏ BITCOININ QİYMƏTİ 48 SAATDA 18% ARTDI?
Bitcoinin qiyməti son 48 saatda təxminən 18% artaraq 77 600 dollardan yuxarı qalxıb. Artım ABŞ Xəzinədarlığının uzunmüddətli istiqrazların geri alış həcmini 2 milyard dollardan 4 milyard dollara artırması ilə bağlı gözləntilərlə əlaqələndirilir. Analitiklər bu addımın bazara likvidlik gətirəcəyini və bunun kriptovalyutalara marağı artırdığını bildirirlər. Bitcoin mayın son…
21 Aug 2026, 11:27 UTC107 viewsread 26 August 2026 Photo
Botlar onlayn mağazalarda DDR5 yaddaşı alır, İnsanlar trafikin 9%-ni təşkİl edir
DDR5 operativ yaddaş bazarında botların aktivliyi kəskin artıb. DataDome-un məlumatına görə, bəzi onlayn mağazalarda DDR5 məhsul səhifələrinə edilən sorğuların 91%-i avtomatlaşdırılmış sistemlərdən gəlir. Botlar qiymət və stok dəyişikliklərini hər 6,5 saniyədən bir izləyərək məhsulları alıcılardan daha tez aşkarlayır. Bu vəziyyət DDR5 y…
21 Aug 2026, 11:12 UTC87 views1 reactionsread 26 August 2026 Photo
SİNQAPURDA CANLI NEYRONLARDAN İBARƏT SERVER RACK-I İŞƏ SALINDI
Sinqapurda canlı neyronların hesablamalarda istifadə edildiyi server rack prototipi işə salınıb. NUS Medicine, DayOne və Cortical Labs 20 ədəd CL1 bioloji kompüter quraşdırıb. Neyronlar kök hüceyrələrdən yetişdirilir. Bir CL1 təxminən 25 vatt, tam rack isə 800–1000 vatt enerji sərf edir. Sistem 6 aya qədər işlək qala bilər. Lakin hələlik onun adi serverl…
👍1
21 Aug 2026, 10:42 UTC87 views2 reactionsread 26 August 2026 Photo
SOCAR STARTAPLAR ÜÇÜN İNNOVASİYA PROQRAMI BAŞLADIB - 20K DOLLAR MÜKAFAT
SOCAR innovativ texnologiyaların enerji sektoruna tətbiqini hədəfləyən WIN Açıq İnnovasiya Proqramına müraciətləri qəbul etməyə başlayıb. Proqram süni intellekt, məlumat analitikası, rəqəmsallaşma, enerji keçidi, dayanıqlılıq, əməliyyat səmərəliliyi və HSE sahələrində həllər təqdim edən startap və texnologiya şirkətlərinə açıqdır. Müraciətlər se…
🤡2
21 Aug 2026, 08:22 UTC97 viewsread 26 August 2026 Photo
BÜTÜN STARSHIP MÜHƏRRİKLƏRİ EYNİ ANDA İŞƏ SALINDI
SpaceX Starship Ship 41 prototipinin bütün altı Raptor mühərrikini eyni anda işə salaraq təxminən 60 saniyəlik mühərrik sınağı keçirib. Texasdakı Starbase bazasında aparılan test gəminin növbəti uçuşa hazırlığını yoxlamaq məqsədi daşıyır. Starship Flight 14 missiyasının 2026-cı ilin sentyabrında həyata keçirilməsi planlaşdırılır. Missiyada gəminin ilk dəfə sabit Yer …
21 Aug 2026, 06:12 UTC108 viewsread 26 August 2026 Photo
Google Gemini Azərbaycanda tələbələr üçün 1 illik pulsuz oldu
Google Gemini Azərbaycanda tələbələr üçün 1 il pulsuz təqdim olunur. Google-un tələbə planı çərçivəsində istifadəçilər dərs materiallarını yükləyib fərdiləşdirilmiş öyrənmə planları, interaktiv vizuallaşdırmalar və testlər hazırlaya biləcəklər. Tələbələr Gemini Live ilə real vaxtda suallarını müzakirə edə, daha yüksək istifadə limitlərindən yararlana və 4…
20 Aug 2026, 10:42 UTC120 views1 reactionsread 26 August 2026 Photo
AZAL TƏYYARƏLƏRİNDƏ POS-TERMİNALLA ÖDƏNİŞ İMKANI YARATDI
Azərbaycan Hava Yolları (AZAL) təyyarə göyərtələrində ABB POS-terminalları vasitəsilə əlavə xidmətlərə görə ödəniş imkanını istifadəyə verib. Sərnişinlər bank kartı ilə uçuş zamanı daha rahat oturacaq seçə, həmçinin mövcudluqdan asılı olaraq biznes və ya premium ekonom sinfinə keçid üçün ödəniş edə biləcəklər. Yeni həll sərnişin təcrübəsinin yaxşılaşdırılması …
👍1
20 Aug 2026, 09:27 UTC100 viewsread 26 August 2026 Photo
TESLA 5000 ROBOTAKSİ İSTƏDİ ABŞ 10 EV İCAZƏSİ VERDİ
Tesla Nevada ştatından Klark dairəsində 5000 robotaksi üçün icazə istəsə də, tənzimləyici qurum şirkətə yalnız 10 avtomobillə məhdudlaşdırılmış müvəqqəti icazə verib. Robotaksilərin Las-Veqas Strip ərazisindən kənara çıxmasına və hava limanlarında işləməsinə icazə verilməyib. Maksimal sürət 72 km/saat müəyyənləşdirilib və hər səfər həmin zona daxilində başlayıb baş…
20 Aug 2026, 09:12 UTC86 viewsread 26 August 2026 Photo
BYD-NİN 5 DƏQİQƏYƏ 10%-DAN 70%-Ə ŞARJ EDƏN YENİ BATAREYASI DİGƏR BRENDLƏRİN AVTOMOBİLLƏRİNDƏ DƏ İSTİFADƏ OLUNACAQ
Hongqi, BYD-nin ikinci nəsil Blade Battery 2.0 batareyasına və Megawatt Fast Charging texnologiyasına çıxış əldə edən ilk xarici avtomobil brendi olacaq. Yeni sistem uyğun batareyanı cəmi 5 dəqiqəyə 10%-dən 70%-ə qədər doldura bilir. FAW və BYD-nin birgə müəssisəsi üçün 18 milyard yuan investisiya nəzərd…
20 Aug 2026, 09:12 UTC85 viewsread 26 August 2026 Photo
ZUKERBERQ UŞAQLARIN TƏHLÜKƏSİZLİYİNDƏN DAHA ÇOX AUDİTORİYA VƏ GƏLİRƏ ÜSTÜNLÜK VERİB
Meta-nın keçmiş mühəndislik direktoru Arturo Behar məhkəmədə Mark Zukerberqin şirkətdə uşaqların təhlükəsizliyinin auditoriya artımı və gəlirdən sonra gəlməsinə səbəb olan mədəniyyət formalaşdırdığını iddia edib. 29 ABŞ ştatının qaldırdığı işdə şahidlik edən Behar bildirib ki, əsas məhsul qərarları Zukerberqin təsdiqindən keçirdi. O,…
Showing the 12 most recent of 20 posts we hold for @techaz_media. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.